Qahirənin cinayət məhkəməsi yanvarın 22-də Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlanları Əli və Camalın həbsdən buraxılmasına qərar verib.
Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, baş hakim Məhəmməd Əmir Qadonun rəhbərliyi ilə kollegiya üzvləri belə qərara gəliblər ki, korrupsiya ilə bağlı işlərdən biri onların kassasiya şikayətindən sonra yenidən baxılmağa göndərilib. Əli və Camal təkrar proses zamanı ev dustaqlığında olacaqlar. Keçmiş dövlət başçısı və onun oğlanları dövlət xəzinəsindən 2002-2011-ci illərdə prezident rezidensiyasının təmiri üçün ayrılan 125 milyon Misir funtunu (18 milyon dollar) mənimsəməkdə ittiham olunurlar.
Prokurorluğun məlumatına görə, bu pul Qahirədə, Şarm-əş-Şeyxdəı və Əl-Almeynedəşəxsi villaların və ofislərin tikintisinə xərclənib. Ötrən ilin may ayında keçmiş prezident 21 milyon Misir funtu (3 milyon dollara yaxın) cərimələnərək 3 il azadlıqdan məhrum edilib, oğlanların hərəsin isə o zaman 4 il iş kəsilib.
Modern.az