Modern.az

Vətənində qəbul edilməyən terrorçu Fransada dəfn olundu

Vətənində qəbul edilməyən terrorçu Fransada dəfn olundu

Təhsil

23 Yanvar 2015, 15:55

Paris yaxınlığındakı supermarketə hücum edən terrorçu Amedi Kulibali Fransa paytaxtı yaxınlığında dəfn olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, terrorçunun dəfni Parisin cənub istiqamətindəki Tye qəbiristanlığının müsəlmanlara aid hissəsində keçirilib. Kulibaninin anadan olduğu Malidə onun nəşi qəbul edilmədiyindən Kulibalini Fransa hakimiyyəti öz ərazisində basdırmalı olub.

Kulibali supermarketə yanvarın 9-da hücum edib. O, girov götürdüyü 20 nəfərdən çox adamdan 4-nü öldürüb.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza