Modern.az

Macar dilində “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab nəşr olunub

Macar dilində “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab nəşr olunub

Təhsil

23 Yanvar 2015, 16:12

Macarıstanın tanınmış alimi, dr. Borbala Obrusanszkynın və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab işıq üzü görüb.
Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və s. mövzular haqqında ətraflı məlumat verilib.
Kitabın elmi məsləhətçisi “Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.
Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.
Kitab 360 səhifəlikdir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza