Modern.az

Türkiyədə QİÇS xəstəsi olan azərbaycanlı fahişə qadın tutulub

Türkiyədə QİÇS xəstəsi olan azərbaycanlı fahişə qadın tutulub

Təhsil

23 Yanvar 2015, 22:04


Türkiyənin Van bölgəsində polisin təşkil etdiyi fahişəlik əməliyyatında, 8-i əcnəbi əsilli olmaqla 15 qadın və onları fahişəliyə məcbur edən 1-i əcnəbi əsilli 14 nəfər saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, fahişəlik etdiyi iddia olunan qadınlardan biri -azərbaycanlı D.M.-nin QİÇS xəstəliyi yayan HIV virusu daşıdığı müəyyənləşdirilib.

Məlumatda qeyd edilir ki, xarici ölkələrdən Vana gətirilən qadınların fahişəliklə məşğul olduğu ilə bağlı Polis İdarəsi Asayiş Şöbəsinin Əxlaq Büro Rəisliyi briqadaları 2 ay əvvəl əməliyyata başlayıb. Lazımi dəlilləri toplayan komandalar, əvvəlki gecə əməliyyat üçün hərəkətə keçib. Van və Gevaş rayonunda 7 ünvanda əməliyyat keçirən qruplar 8-i Rusiya, Gürcüstan və Azərbaycan vətəndaşı olmaq üzrə, yaşları 19 ilə 40 arasında dəyişən 15 qadını cinayət üstə yaxalayıb. Bu qadınları fahişəliyə məcbur etdikləri iddiası ilə aralarında Azərbaycan əsilli Əfsanə K.-nın da olduğu 14 şübhəli saxlanılıb.

Nəzarətə alınan əcnəbi əsilli qadınlar xaricilər şöbəsinə göndərilərkən, digər şübhəlilər də sorğularının ardından Gevaş rayonunda ədliyyəyə sövq edilib. Bu arada aparılan səhiyyə idarələrində fahişəlik etdiyi iddia olunan qadınlardan Azərbaycan vətəndaşı D.M.-nin QİÇS xəstəliyinə yol açan HIV virusu daşıdığı müəyyənləşdirilib. D.M.-nin daha əvvəl də Türkiyədən deportasiya edildiyi və yenə qanunsuz yollarla Türkiyəyə girdiyi müəyyənləşdirilib. Xaricilər şöbəsinə təslim edilən əcnəbi əsilli qadınların əməliyyatlarının ardından deportasiya ediləcəyi bildirilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu