Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

24 Yanvar 2015, 12:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 772  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 faiz təşkil edəcək.

Yanvarın 25-də Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza