Amerika Britaniya xüsusi xidmət orqanlarının Rusiya xüsusi xidmət orqanlarının Qərbə qaçan keçmiş əməkdaşı Aleksandr Litvinenkounun ölümündə Kremlin əli olduğunu sübut edəcək dəlilləri var. Modern.az bildirir ki, bu haqda Britaniyanın “The Daily Telegraph” qəzeti bu cinayətin əsas şübhəlilərinin yazışmalarına istinadən yazıb. Litvinenkonun ölümü ilə bağlı araşdırmaya yaxın mənbə təsdiq edib ki, AB, Milli Təhlükəsizlik Agentliyi Böyük Britaniyanın xüsusi xidmət orqanlarına topladıqları sübutları təqdim ediblər. Britaniya hökuməti əmindir ki, Litvinenko Rusiya dövlətinin sifarişi ilə öldürülüb.
Adıçəkilən qəzet onu da xəbər verir ki, Litvinenko Rusiya xüsusi xidmət orqanlarını terrorçu strukturlarla əlaqədə ittiham edib.2000-ci ildə Böyük Britaniyaya qaçan Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenko 2006-cı ilin sentyabr ayında 43 yaşında Londonda vəfat edib. İstintaqın məlumatına görə, ölümdən əvvvəl Litvinenko keçmiş həmkarları – Andrey Luqavoy və Dmitri Kovtunla görüşərək çay içiblər. Litvinenkonun ölümünün səbəbləri barədə yekub tibbi arayış hələ ki açıqlanmayıb.
Modern.az