Modern.az

Gülağa Məmmədovla Hacı Məmmədov arasında olmuş ƏHVALAT

Gülağa Məmmədovla Hacı Məmmədov arasında olmuş ƏHVALAT

26 Yanvar 2015, 00:29

Modern.az saytı məşhur müğənni, xalq artisti Gülağa Məmmədovla onun yaxın dostu, xalq artisti, tarzən  Hacı Məmmədov arasında olmuş baməzə əhvalatı təqdim edir. 1974- cü ildə  ildə baş vermiş hadisəni Gülağa Məmmədovun yaxın dostu və qonşusu Faiq müəllim danışıb.

Bir gün yaxın dostu xalq artisti, tarzən Hacı Məmmədova zəng edərək, ona naharda cızbız qonaqlığı vermək istədiyini bildirir. Hacı Məmmədov təklifi qəbul edir. Sövdələşirlər ki, saat 2-də Dənizkənarı bulvarda “Venetsiya” adlanan yerdəki restoranda görüşsünlər.

Belə də olur. Saat 2-də Gülağa müəllim baxır ki, Hacı Məmməov gəldi yanında da 5 nəfər dostu. Salamlaşandan sonra Hacı müəllim öz dostlarını Gülağa müəllimə təqdim edərək deyir ki, bu kişi çox səxavətli adamdı və bizə cızbız qonaqlığı verəcək. Gülağa müəllim işi başa düşür, ancaq özünü o yerə qoymur. Deyir əyləşin, xoş gəlmisiniz. Sonra ofisiantı çağırıb cızbız sifarişi verir və qonaqlar nə istəsələr gətirməyi tapşırır. Bu münvalla saat 2-dən axşam saat 9-a qədər yeyib-içirlər.
Qonaqlar Gülağa müəllimin sağlığıma içdikcə, o da fikirləşirmiş ki, bu vəziyyətdən necə çıxsın... Axı o, bir nəfəri dəvət etmişdi. Bunlar isə beş nəfər gəliblər. 

Gülağa Məmmədov qonaqlardan üzr istəyib deyir ki, ayaqyoluna dəyib gəlir. Amma tez küçəyə çıxıb “Azneft” meydanını keçərək Hacı Məmmədovun yaşadığı mənzilə (Hacı Məmmədov  “Azneft” binasının arxasındakı evdə yaşayırmış) gəlib, zəngi basır. Tarzənin həyat yoldaşı qapını açır. Salamlaşdıqdan sonra Gülağa müəllim deyir ki, “məni Hacı göndərib, ona 200 manat pul lazımdır (müğəəni ayaqüstü ofisiantdan öyrənibmiş ki, hesab 150-170 manat arası olacaq)”.

Gülağa Məmmədov tarzənin xanımından pulu alıb qayıdır restorana. Bir az da əyləşdikdən sonra Hacı Məmmədova deyir ki, hesab bu qədər olacaq, o, getməlidir: “Al bu 200 manatı, hesabı özün verərsən, qalanına da uşaqlar nə istəsələr, sifarış elə”. Bunu deyib gedir öz evinə. Həyat yoldaşına da tapşırır ki, “məni Hacı soruşsa, de evə gəlməyib”.
Beləliklə ayılana qədər Hacı Məmmədovun gözünə görünmür.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI