Bu cür alçaq və eybəcər siyasət, araqarışdıranlıq, ürəkbulandıranlıq, saxtakarlıq ancaq ermənilərdən çıxa bilərdi! Əfsus ki, onların bu çirkin hiyləsinə minillər boyu türklərlə eyni torpaqda yaşayan, eyni dövlətin vətəndaşı olan əsl talış olması şübhə doğuran adamlar da alət olub.
Bu yaxınlarda öyrəndim ki, “Talışıstan” adlı bir televiziya və radio yaradıblar. Bunu eşidəndə təəssüfləndim və əsəbləşdim. Bununla ətraflı maraqlanmaq qərarına gəldim. Araşdırma zamanı rastlaşdığım həqiqətlər məni möhkəm sarsıtdı. Belə mənfur bir oyunun talışların üzərində oynanılması, Azərbaycanın daxilinə nifaq salmaq məqsədi açıq-aşkar sübutlarla göründü. İndi isə həmin həqiqətlərdən danışacağam.
Onlar Azərbaycanın qartala bənzəyən xəritəsinin cənub qanadını ayrı bir respublikanın coğrafi ərazisi kimi təqdim edir və Azərbaycanın xəritəsindən Qarabağı çıxarıblar. Vicdanı, əqidəsi, ləyaqəti yerində olan müdrik və qeyrətli insan heç vaxt bu təxribata oyuncaq ola bilməz! Bu murdar əməli talışların adından sırıyıb onları Azərbaycana qarşı üsyankar, savaşçı, separatçı kimi təqdim etmək sadəcə bir oyundur. Əgər talışlar Qarabağın Ermənistan ərazisi olduğunu düşünsəydilər, Qarabağ müharibəsində minlərlə talış şəhid olmazdı. Bu günün özündə cəbhə bölgəsində neçə-neçə talış oğullar bu vətəni və bu xalqı ermənilərdən qoruyur. Çox uzağa getməyək, avqust ayında baş verən atışmalar zamanı ölən əsgərlərdən bir neçəsi də talış idi.
1919 və 1920-ci ilin 31 martında Lənkəranda ermənilər tərəfindən qətlə yetirilmiş minlərlə talışın nəvə-nəticələri bu gün o ermənilərlə dostmu olacaq? Ölən ata-babaların zəhməti, əməyi onların gözünü tutmazmı? Azərbaycan türkləri ilə əsrlər boyu eyni torpağı, eyni çörəyi-suyu paylaşan talışlar indi Azərbaycanın düşməninə (o düşmənə ki, elə talışın da, tatın da, ləzginin də düşmənidir) tərəfkeşmi olacaq?
Qeyd edim ki, süni şəkildə yaradılmış bu televiziyada və radioda fəaliyyət göstərənlərin əksəriyyəti talışlar deyir. Bunu onların talış dilində zorla və qeyri-dəqiq danışmasından anlamaq asandır. Bu şəxslər talış dilində olan mətni əzbərləyib kamera qabağına keçir və Azərbaycanın, türklərin əleyhinə xoşagəlməz fikirlər səsləndirirlər. Bunun bir sübutunu da 23 yanvar 2015-ci il tarixində yayımlanan verilişdə görə bilərsiz. Həmin verilişin sonunda gözündə eynək olan saqqalı gədə özünü talış kimi təqdim edib ağzına gələni danışır. Amma siz internet vasitəsi ilə “Sargis Asatryan” ad və soyadını axtarışa verib həmin şəsxin həqiqi kimliyini görə bilərsiz. O ermənidir və Rizvan Şıxizadə adı ilə özünü talış kimi qələmə verir. Hətta tanınmasın deyə gözünə gün eynəyi də taxır. Amma tanımaq çox da çətin deyil.
Təəssüflər olsun ki, bəzi talışlar da bu murdar prosesin iştirakçısına çeviriblər. Lakin, mən bu satqın yığınının həqiqi talış olmasına şübhə edirəm. Onlardan biri olan Zabil Madoj adlı şəxs verilişdəki çıxışında talışlarla ermənilərin dost olduğunu deyir və talışlara əsl düşmən kimi türkləri tanıdır. Amma onun danışığından, hərəkətlərindən, üz ifadələrindən ağlının yerində olmasına şübhələr yaranır. Birincisi talışlarla türklərin düşmən olmasına səbəb nədir ki? Əzəli və əbədi dost, dostdan daha yaxın qardaş olan, Azərbaycan adlı bir ailənin bu iki övladı bir-birinə niyə düşmən olsun ki? İkincisi bu Zabil Madoj adlı şəxsin məqsədi nədir? O respublika yaradıb prezident olmaq iddiasındadır? Buna bir adam başa sala bilmir ki, 5-6 rayondan respublika olar? Sənin azadlığını, müstəqilliyini, xoşbəxtliyini kim əlindən alır? Nədir sənə mane olan?
Mən də talışam və hələ talış olduğuma görə heç bir türk tərəfindən tənəyə, təhqirə, şiddətə məruz qalmamışam. Əksinə, onlar məni mehribanlıqla qarşılamış və mənim mənsub olduğum millətin ünvanına xoş sözlər səsləndirmişdir. Təəssüflər olsun ki, talışların içində sənin kimi nankor, naxələf adamlar olduğu qədər türklərin içində də bu nankorlar, naxələflər var. Onlar da eyni məqsədlə düşmənə xidmət edir, ölkə daxilində parçalanma yaradırlar. Əgər sənin üsyanın hər hansı bir şəxsədirsə, o şəxsdən şikayətlən, hakimiyyətədirsə, bir müxalifətçi kimi etiraz et. Daha erməniyə satılmaq nədir? Ermənipərəstlik nədir? Hələ utanmadan vicdandan, ləyaqətdən də danışırsan! Sənin atanı-babanı amansızlıqla qətlə yetirən, 31 mart hadisələrində Lənkəranın Sütəmurdov kəndinin ağsaqqallarını qılıncla doğrayan ermənilərlə dostluq nədir?
Səni əsir alan, idarə edən o axmaq sürüsünə səslənirəm, sizin bu hiyləniz heç bir işə yaramayacaq! Siz adətçisi olduğunuz bu saxtakarlıqla, bu yalanlarla, bu çirkin oyunlarla bir şey əldə edə bilməyəcəksiz! Ağlı, namusu, ləyaqəti, vicdanı yerində olan heç bir talış sizin bu təxribatınıza oyuncaq olmayacaqdır! Orda zorla talış dilində mətn əzbərlədib danışdığınız diktorlar və ətrafınıza yığdığınız satqın insanlar da özünüzü bu yalana inandırmaqdan qeyri nəsə verməyəcək sizə! Bəlkə elə bilirsiz ki, bununla etiraz aksiyaları, üsyanlar, nifaq, parçalanma yaradacaqsız? Bu sizin içinizdə qalacaq...
Bir ölkənin daxilində etnik qrupların, müxtəlif millətlərin çoxluğu onun mədəniyyətini, ədəbiyyatını, etimologiyasını, mətbəxini zənginləşdirir və ölkəni güclü edir. Bu gün Azərbaycanın kiçik coğrafiyada müəyyən nüfuzu olan bir ölkə kimi tanınmasının bir səbəbi də bu etnik rəngarənglikdir. Ermənilərin bu cür məkrli əməlləri zaman-zaman olmuş və bu gün də gözümüzün önündə baş verməkdədir. Amma mənə ordakı satqınların aqibəti çox maraqlıdır. Vay sizin halınıza!