Rövşən Nəcəfov
İnsan düşüncələri haqqında yazanda, gördüklərindən uzaqlaşır. Hisslərimiz bizim üçün ümid yaradır. Danışmaq istəyirik: ətrafımızda baş verən hadisələrdən, insanların taleyindən, şanslarından və şansların yaratdığı imkanlardan...
İnsan başqalarının taleyini yaşayır. Başqalarının yaşadıqlarını yaşamağa çalışır. Pul, şöhrət və ehtiras həyatın görünməyən prinsiplərini müəyyən edir. Ətrafımızda baş verən hadisələr bizi istiqamətləndirir. Yəni, bizim taleyimizi yazır. Ona görə insanlar, istəsələr də, öz talelərini yaza bilmirlər. Mövcud şüur anlayışı ruhun qidasıdır. Ruhlanırıq, ruhlandırırıq. Amma bəzən özlüyümüzdə bilirik ki, həyat bizə “Öz” anlayışı qədər sadədir. Bizim üçün sadə olanları çətinləşdirmək həyatın özlüyündədir. Həyatın özlüyü və insanın özlüyü mövcuddur. Biz insanların həyatına təsir etmək istəyirik. Onların taleyini paylaşmaq yox, onların taleyini yazmaq istəyirik. Hər kəs özlüyündə yaşamaq istəmir.
Mövcudluq bütün sualları yaradan Yaradandır.
Həyat insanların yaşadıqlarını təkrarlamaqdan ibarətdir. İnsanın özlüyündə axtardığı həqiqət, həyat özlüyündən tam fərqlidir. Həyat bizə istəmədiklərimizi təqdim edir. Bizim istəklərimiz həyatın özlüyündən asılıdır. Eyni ssenarilər, eyni arzular və eyni hislər insanın özündə mövcuddur. Hər kəs üçün eyni başlanğıc və sonluq var. Doğuluş və Ölüm. Hər iki anlayışın arasında “Öz” dayanır.
Bir otaq və ətraf kağızlardan ibarətdir. Öz məşğuldur.
Bizim üçün təqdim olunmayan çox şeylər var. Necəki, dünyanın işini bilmək olmaz. Dünyanın işi bizik. Hər kəsin öz dünyası və hər kəsin olduğu dünya var. Biraz söz oyunu, biraz da söz qoxusu. Fikirlərimizi qoxlamaq, fikirlərimizə toxunmaq, fikirlərimizlə oynamaq və fikirlərimizin özündə olmaqla davam edək. Müəllifin üzündə gülüş formalaşdı...
Həyatda qazanmaq istədiyimiz nələrisə itirmək istədiklərimizlə qarşılaşdırırıq. Hər zaman qarşı tərəf var. Bizim üçün mövcudluq həmdə yaranmış və yaranacaq suallar qədər cavabsızdır. Bəzən içdiyimiz kofenin dadını yox, onun qiyməti qədər həyatı asanlaşdırırıq. Həyat isə mənimlə, səninlə və bizimlə mübarizə aparır. Bəlkə də, əksinə.
Gözümüzlə gördüklərimizə deyil, eşirdiklərimizə inanırıq. Bu həmişə belə olub. Çətin zamanlarımızda sığınmaq istədiyimiz insanlar yox, sığınmaq istədiyimiz dəyərləri daşıyan insanlara ehtiyacımız var. Buna əminəm. Əmin olmaq, doğurdan yaxşı hisdir. Davamlı əmin olmaq çətindir. Ətraf haqqında nə qədər çox düşünsək, ətrafın bizə təsir imkanı genişlənir. Ətrafdan biri olmaq, özün öz ətrafında olmaq... Sənin gördüklərində sənsən. Sənin bildiklərin, eşitdiklərin sənin görmək istədiklərini təmin edir.
Özümüzə inanmalıyıq. Bütün səhfləri və düzləri ilə. Çünki, insanın özü səmimidir. Yəni, bu sənin təcrübəsiz olan formandır. Ətrafın yox, özünün qərarların önəm daşıyır. Hər kəsin bir özü var. Bəlkə də, başqasının özüdür və ya başqasındadır.
SON:
Bizim vaxtımız məhdutdur. Öz həyatımızı başqalarının həyatına (özünə) sərf etməyək. Başqalarının düşüncə həyatı ilə yaşayaraq, həyatın bizim üçün qurduğu bütün tələlərə istiqamətlənəcəyik. Başqalarının səs-küyünün bizim ürəyimizin səsini dinləməyimizə mane olmasına imkan verməyək. Ən vacib məqam odur ki, ürəyimizin və intuisiyamızın təqdim etdiyi yol ilə getmək üçün cəsarət tapaq. Özümüz olaq!