Modern.az

Fərəc Quliyev başsağlığı verdi

Fərəc Quliyev başsağlığı verdi

Təhsil

26 Yanvar 2015, 12:45


Tərəqqi Partiyasının və ATA blokunun sədri, keçmiş deputat Çingiz Dəmiroğlu (Sadıxov) ötən gün 71 yaşında dünyasını dəyişib.

Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri Çingiz Dəmiroğlunun yaxınlarına və hərəkatçı dostlarına Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib.

Başsağlığında deyilir: "Azərbaycan Tərəqqi Partiyasının və ATA blokunun sədri, Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri Çingiz Dəmiroğlunun aramızdan vaxtsız ayrılması bizi çox üzdü. Ömrünü Milli Azadlıq hərəkatına həsr etmiş Çingiz Dəmiroğlunu  sayğıyla anır, ruhuna Allahdan rəhmət, bütün doğma və yaxınlarına səbr diləyirik.

Yeri Behişt, məkanı Cənnət olsun!


Milli Dirçəliş Hərəkatı Partiyası adından
partiya sədri, millət vəkili Fərəc Quliyev”

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza