İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon sakini Şəkər Namazovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Taleh Əhmədov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Modern.az