Modern.az

Ermənistanda növbəti aksiya - baş nazir etirazçıları qəbul etmədi - FOTOLAR

Ermənistanda növbəti aksiya - baş nazir etirazçıları qəbul etmədi - FOTOLAR

Dünya

26 Yanvar 2015, 15:23

Ermənistanın paytaxtı Yerevanın mərkəzində - Hökumət evinin qarşısında erməni tacirlərinin kütləvi aksiyası baş tutub. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, ticarətlə məşğul olan insanlar hökumətin bu sahə ilə bağlı qəbul etdiyi “Dövriyyə vergisi” haqda yeni qanuna etiraz ediblər. Etirazçılar baş nazir Ovik Abramyanla görüşmək istəsələr də, onların qarşısına çıxan vətəndaşların qəbulu üzrə idarə rəisi Aleksandr Kazaryan yalnız 10 nəfəri qəbul edə biləcəyini deyib. Lakin ticarətçilər buna etiraz ediblər.

“Xalq naş nazirin səsini eşitmək istəyir. Qoy, aşağı düşün xalqla danışsın”, - deyə aksiya iştirakçısı Artak Xaçatryan deyib.

İzdiham aksiyanı davam etdirsə də, baş nazir onların qarşısına çıxmayıb.

Ermənistanda vergi haqda yeni qanun illik dövriyyəsi 59 milyard dramdan az olan kiçik və orta sahibkarlıq subyektlərindən alınan dövriyyə vergisi 3,5 faizdən 1 faizə qədər azaldılacaq, lakin ticarətçilər bunun qarşılığında ticarət dövriyyəsinin həcmi barədə sənədləri müvafiq orqanlara təqdim etməlidirlər. Əks halda onlar böyük məbləğdə cərimə olunacaqlar.








Modern.az

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi