Modern.az

Gürcüstanın yeni daxili işlər nazirinin adı bəlli oldu

Gürcüstanın yeni daxili işlər nazirinin adı bəlli oldu

26 Yanvar 2015, 15:50


Gürcüstanın yeni daxili işlər nazirinin adı məlum olub. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, baş nazir İrakli Qaribaşvili yanvarın 26-da baş tutan xüsusi brifinqdə qurumun yeni rəhbəri Vaxtanq Qomelaurini təqdim edib.

O, buna qədər daxili işlər naziri Aleksandr Çikaidzenin 1-ci müavini vəzifəsində çalışıb. Çikaidze yanvarın 23-də cinayət törədən şəxslərə himayədarlıq etməsi ilə bağlı səslənən ittihamlara etiraz olaraq istefa verib.

Yeni daxili işlər naziri Vaxtanq Qomelauri 1975-ci dekabrın 24-də anadan olub. 2001-ci ildə isə Fiziki Tərbiyə və İdman Akademiyasını bitirib. 1994-cü ildə hökumət üzvlərinin mühafizəsi ilə məşğul olan xidmətdə çalışıb. 2013-cü ilə qədər keçmiş baş nazir Bidzina İvanişvilinin mühafizə xidmətinin rəhbəri kimi çalışıb. Qomelauri 2013-cü ildən Gürcüstan Daxili İşlər Nazilriyində nazir müavini vəzifəsində çalışıb. Onun evli və iki uşaq atası olması da məlumdur.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza