Yunanıstanın məşhur müğənnisi Demis Russos 68 yaşında dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünün səbəbi barədə heç bir məlumat verilmir.
Musiqi karyerası boyunca 60 milyon albom satan müğənni “Goodbye my Love”, “Forever and ever” və digər populyar mahnıların müəllifi olub.
2015-ci ildə səhnə fəaliyyətinin 50 illiyini qeyd edən müğənni dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, onun qəfil ölümü buna mane olub.