Modern.az

Neft Akademiyasında 100-dən çox tələbə qış imtahan sessiyasından kəsildi

Neft Akademiyasında 100-dən çox tələbə qış imtahan sessiyasından kəsildi

26 Yanvar 2015, 16:57

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2014-cü il dekabrın 29-da başlayan qış imtahan sessiyası 2015-ci il yanvarın 18-nə başa çatıb. Modern.az-ın xəbər verir ki, bu haqda məlumat verən ADNA-nın mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlının sözlərinə görə, tələbələr yanvarın 19-dan 25-nə kimi qış tətilinə buraxılıblar.
“İmtahanların vaxtının daralması tələbləri şərgin işləməyə sövq etsə də, proses öz axarı ilə getdi. Bu gün ADNA-da fakültələr üzrə qış imtahan sessiyasının nəticələri də qənaətbəxş hesab olunur”.

T.Qafarlının sözlərinə görə, ADNA-nın Geoloji kəşfiyyat fakültəsinin əyani bölməsində 712 tələbə təhsil alır. Onlardan 76-sı əlaçı, 184 zərbəçi və yaxşı nəticələr göstərib. 7 tələbə imtahana buraxılmayıb.
Qaz-neft-mədən fakültəsində 905 tələbədən 151-i əlaçı, 349-u zərbəçi və yaxşı qiymətlər alıblar. Kəsiri və imtahana buraxılmayanlar ümumilikdə 80 nəfər olub.
Kimya texnologiya fakültəsində 776 tələbə təhsil alır. Onlardan 46-sı əla, 198-i zərbəçi və əla qiymətlər alıb. 518 tələbə kafi qiymət alıb, 32 nəfər kəsilib.
Neft mexanika fakültəsində 575 tələbədən 4-ü dərs davamiyyətinə görə imtahana buraxılmayıb. 505 nəfər imthanı müvəffəqiyyətlə başa vurub. Onlardan 66-sı əla, 179-u əla və yaxşı qiymətlər alıblar.
Energetika fakültəsində 724 tələbədən 706 nəfəri qış imtahan sessiyasında iştirak edib. Tələbələrin 623 nəfəri sessiyanı müvəffəqiyyətlə başa vurub. Fakültə tələbələrindən 63 nəfəri sessiyanı əla, 277 nəfəri isə əla və yaxşı qiymətlərlə bitirib.
İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsində 1480 tələbə təhsil alır. Qış imtahan sessiyasının nəticələrinə görə, onlardan 254 nəfər əlaçı, 641 nəfər zərbəçi olub.
İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin 1041 tələbəsindən 1031 nəfəri imtanahda iştirak edib. İmtahanı 930 nəfər müvəffəqiyyətlə başa vurub. 125 əlaçı olub, yaxşı, qiymətlər alan tələbələr 357 nəfər olub. 10 nəfər imtahana buraxılmayıb ki, onlardan 9-u üzürlü sayılır.

T.Qafarlı deyib ki, keyd edək ki, kəsirləri olan tələblər 30 faizdən aşağı bal toplayıblarsa, imtahanları növbəti ildə verəcəklər. Qalanları isə kəsirlərini yay imtahanlarında ödəyəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza