Modern.az

Bloqçunun anası həbsxanada oğlu ilə görüşüb

Bloqçunun anası həbsxanada oğlu ilə görüşüb

26 Yanvar 2015, 17:09



Bloqçu Əbdül Əbilovun anası Nurcahan Əbilova 13 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşüb. Bu barədə Modern.az saytına Nurçahan Əbilova açıqlama verib:

“Görüş yanvarın 25-də baş tutub. Oğlumun səhhəti heç xoşuma gəlmədi. Rəngi çox dəyişib, əllərinə toxundum, buz kimi idi. Danışanda gözlərini tez-tez yumur, öskürək tutur. Bir saatlıq görüşdə dörd dəfə çölə çıxıb qayıdıb. Ondan niyə bu halda olduğunun səbəbini soruşsam da, heç nəyi olmadığını dedi. Təcridxananın həkimlərinə də müraciət etməyib. Əbdülün səhhətində əvvəllər problem olmayıb. Müəssisədə onu incidib-incitmədikləri barədə də heç nə demədi. Köçürüldüyü 13 saylı Cəzaçəkmə Müəssisəsində gəlib deyiblər ki, əfv ərizəsi yaz. O da Bakı İstintaq Təcridxanasında olarkən yazdığını deyib”.  

Nurcahan Əbilova oğlu ilə 15 gündən sonra görüşəcəyini deyib: “Həftədə bir dəfə telefon əlaqəsi saxlamağa icazə verilir”.   Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Bu il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.  

Bloqçu narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Feysbuk”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Feysbuk”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub.  

Yeganə Oqtayqızı
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza