Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov və onun müavini İvan Melnikov Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak etmək üçün səfər etdikləri Strasburq şəhərində naməlum şəxlsərin hücumuna məruz qalıblar. İnsident səhər saatlarında baş verib.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, bu barədə İvan Melnikov məlumat verib: “Bizi 2 rusdilil, orta yaşlı kişi itələməyə çalışdı. Bir neçə dəfə “Ukrayna” adını da eşitdik. Lakin ciddi heç bir şey olmadı. Onlara tərəf bir addım atan kimi hər ikisi yox oldu”.
Gennadi Züqanov isə hücuma “Məni o təccübləndirdi ki, Parisdəki terror aktlarından sonra da lazmi təhlükəsizlik tədbirləri görülməyib”, – deyə reaksiya verib.
Xatırladaq ki, 2014-cü ilin parelində Avropa Şurası Parlament Assambleyası Krımın ilhaqına görə Rusiya münayəndə heyətini ilin sonuna qədər səsvermə hüququndan məhrum etmişdi. Lakin noyabr ayında Rusiya Dumasının spikeri Sergey Narışkinin AŞPA sədri Ann Brasser ilə görüşündən sonra bu qadağa aradan qaldırılmışdı.
Modern.az