Modern.az

Azərbaycanın dünyada 453 diaspor təşkilatı var - Diaspor Komitəsi

Azərbaycanın dünyada 453 diaspor təşkilatı var - Diaspor Komitəsi

26 Yanvar 2015, 17:34

2014-cü ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin ən önəmlisi Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumudur. Əksəriyyəti sabiq ölkə və hökumət rəhbərləri olan 54 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi forumda dünyanı narahat edən problemlər və onların həlli yolları müzakirə olunub.

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Habata görə, ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatları tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın tədbir təşkil olunub, xarici KİV-də faciə ilə bağlı materiallar verilib, soydaşlarımız yaşadığı ölkələrin dövlət və hökumət strukturlarında görüşləri olub, onlara müraciət və məktublar ünvanlanıb. Diaspor təşkilatlarımız, həmçinin, Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyasına fəal şəkildə dəstək verməyə çalışıb.

2014-cü il ərzində lobbi quruculuğu istiqamətində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması, xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 layihə və tədbir keçirilib.

Dövlət Komitəsini hesabatına əsasən, ötən diaspor təşkilatlarının sayında da artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza