Udmurtiyada əkiz uşaq dünyaya gətirən ana onlardan birini rəfiqəsinə hədiyyə edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu addımına görə qadın 10 ilə qədər azadlıqdan məhrum oluna bilər. Hazırda istintaq orqanları faktla bağlı yoxlama aparır.
Məlumatda qeyd edilir ki, polislər hədiyyə verilən körpəni alaraq əkiz övladı olan qadının rəfiqəsinin yaşadığı Kirov vilayətinin qəyyumluq və himayəçilik orqanlarına veriblər.
Modern.az