Modern.az

Asim Mollazadə və Səməd Seyidov ABŞ-a getdilər

Asim Mollazadə və Səməd Seyidov ABŞ-a getdilər

27 Yanvar 2015, 10:10

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-a gediblər.
Modern.az xəbər verir ki, səfər barədə danışan A.Mollazadə bildirib ki, millət vəkilləri yanvarın 30-da Vaşinqtonda keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Konfransda “Avropanın Şərqində Transatlantik strategiyaya doğru” mövzusunda ətrafında müzakirələr aparılacaq. Millət vəkilləri mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza