Sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov bu gün səhər saatlarında yenidən Türkiyəyə yollanıb. Modern.az xəbər verir ki, bir müddət öncə Ankarada əməliyyat olunan professor bu dəfə həkim müayinəsindən keçmək üçün gedir. Alimin sözlərinə görə, bir həftə Ankarada qalacaq.
Ötən ilin yay aylarında ürəyində yaranan problemə görə dövlət xətti ilə Ankaraya göndərilən professor mütəmadi olaraq həkim nəzarəti altındadır. Bir ay bundan öncə isə alim ikinci dəfə ürəyindən əməliyyat olunub.
Elmin NURİ