Modern.az

“Çökən biz yox, Azərbaycan Milli İstiqlal Partiyasıdır” - AÇIQLAMA

“Çökən biz yox, Azərbaycan Milli İstiqlal Partiyasıdır”  - AÇIQLAMA

27 Yanvar 2015, 12:30

“Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Bu inkişaf da göz qabağındadır. İnkişafı görməzlikdən gəlmək doğru deyil”. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Səyavuş Novruzov deyib.
Onun sözlərinə görə, hakim partiya hər zaman öndə olub: “Son bələdiyyə seçkiləri də bunu göstərdi ki, Yeni Azərbaycan Partiyası 68 faiz səs qazanıb. Həmçinin, qarşıdan gələn parlament seçkilərinə hazırlıq işlərini də yüksək səviyyədə aparır. YAP-ın çökdüyünü deyənlər öncə öz partiyalarına baxsınlar. Çökən Azərbaycan Milli İstiqlal Partiyasıdır ki, (AMİP) ondan heç bir hissə belə qalmayıb. Çökmək elə olur”.

Bu yaxınlarda AMİP-in lideri Etibar Məmmədov Modern.az-a verdiyi müsahibəsində  Azərbaycanda güclü partiyanın olmamasını vurğulayaraq, ölkədə partiya sisteminin çökmək üzrə olduğunu xatırladıb. O, hətta hakim Yeni Azərbaycan Partiyasının da çökmək üzrə olduğunu iddia edirdi.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza