Modern.az

Norveç QHT-ləri Qarabağla bağlı bəyanat verdi

Norveç QHT-ləri Qarabağla bağlı bəyanat verdi

Təhsil

27 Yanvar 2015, 12:32

Norveçdəki qeyri-hökumət təşkilatları Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış edib. Sənədi Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (Sagene International and Multicultural Volunteer Center – SAIFF) qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirib.

Norveç QHT-lərinin bəyanatında qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir: “BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb”.

Sənəddə qeyd edilir ki, Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud idi: “Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.

Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edib.

İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvensiyalarına ziddir.

“SAİFF”in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza