Modern.az

Tərcüməçidən Tərcümə Mərkəzinə sual: “Niyə açıqlamırsınız?”

Tərcüməçidən Tərcümə Mərkəzinə sual: “Niyə açıqlamırsınız?”

27 Yanvar 2015, 13:21

Tərcüməçi Nadir Qocabəyli Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Dəfnə yarpağı” tərcümə müsabiqəsindən narazı qalıb. Buna səbəb Nadir Qocabəylinin tərcümə əsərinin müsabiqənin ilk 20-liyinə  düşməməsi olub.

Modern.az xəbər verir ki, tərcüməçini narazı salan məqamlardan biri də müsabiqənin münsiflər heyətinin adlarının gizli saxlanmasıdır: “Müsabiqə keçirən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi deyir ki, münsifləri açıqlamırıq. Bunun mənasını və məntiqini anlayan varsa, lütfən, izah etsin.

Biz televiziya vasitəsilə keçirilən bütün müsabiqələrdə münsiflərin balları aşkar şəkildə, hətta əllərindəki lövhələri yuxarı qaldıraraq verdiklərini görürük. Çox zaman münsiflər az və ya çox bal vermələrinin səbəblərini də açıqlayır, iştirakçı ilə birbaşa ünsiyyətə girirlər. Ona etdiyi çıxışın, təqdim etdiyi nömrənin qüsurlarını izah edir, üstünlüklərini tərifləyirlər.

Amma bizimkilər deyir ki, açıqlamırıq. Niyə açıqlamırsınız, səbəbi nədir?”

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza