Son günlər cəbhə xəttində vəziyyət kritik həddə çatıb. Hərbi qarşıdurmada Azərbaycan ordusu 3 şəhid verib. Bu gərginlikdən nə gözləmək olar?
Xocalıdan olan deputat Elman Məmmədov Modern.az saytına yaranmış vəziyyəti şərh edərkən son günlər cəbhədə gərginliyin artdığını vurğulayıb: “Həqiqətdə formal olan atəşkəs deyilən bir rejim elan olunub. Gündəlik müharibə davam edir, iki ordu üz-üzə durub. Azərbaycan ordusunun qarşısında da ərazilərisini işğal etmiş işğalçı erməni dövlətinin ordusu dayanıb. Onlar vaxtaşırı müxtəlif istiqamətlərə hücum təşkil etmək, təxribat qurupları göndərməklə məşğuldur. Bu gün cəbhədə gərginlik yaratmaq hərbi cani Serj Sərkisyan və ətrafında olan komandanın apardığı siyasətin tam iflasa uğraması nəticəsində dağılıb dilənçi vəziyyətinə düşmüş cəmiyyətin bir növ diqqətini yayındırmaq məqsədi daşıyır. Guya, ictimaiyyətin diqqətini ölkədaxili vəziyyətdən yayındırmaqla hakimiyyətlərini qorumaq məqsədi güdürlər.
Müharibə şəraitində təbii ki, biz də şəhidlər veririk, yaralılarımız olur. Ancaq tam əminliklə deyirəm ki, düşmən tərəfi bizim verdiyimiz şəhidlərən 8-10 dəfə çox itki verib. Düşmən layiqli cavabını alıb, yerində oturdulur. Düşmən ordusunun öz gücünə qalsa, onlar bir saat belə olsun, o mövqeydə dayana bilməz. O əsgəri geyindirib, qidalandırıb, silahlandıran, o mövqeylərdə saxlayan maraqlı qüvvələr və dövlətlər var. Çünki hər atılan güllə puldur. Pul da bu gün erməni dövlətində yoxdur. Azərbyacan hər yerdə olduğu kimi cəbhə bölgəsində də sözünü deyir, düşmənə layiqli cavabını verir. İnşaallah, ordumuz işğal olunmuş torpaqlarda qələbə marşını çalacaq”.
Yeganə Oqtayqızı