Modern.az

Xədicə İsmayılın həbs müddəti uzadıldı

Xədicə İsmayılın həbs müddəti uzadıldı

27 Yanvar 2015, 14:06

Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat verib. Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar çıxarıb.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, Tural Mustafayevin adlı şəxsin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır. 

Fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza