Modern.az

Zərərçəkənlər Rəsul Cəfərovdan şikayət etmədilər

Zərərçəkənlər Rəsul Cəfərovdan şikayət etmədilər

27 Yanvar 2015, 14:08

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə baxışının ilk iclası keçirilib. Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Moderin.az saytına deyib ki, hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov da iştirak edib:

“İclasda Rəsul Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi, məhkəmə iclas zalının mikrafonlarla təmin olunması, ev dustaqlığına buraxılmadığı təqdirdə Rəsul Cəfərovun müdafiəçilərinin yanında əyləşməsi, iş materiallarında yoxlama aktı və onun əsasında verilmiş məhkəmə mühasibatının ekspert rəyinin sübutlar siyahısından xaric edilməsi və Rəsul Cəfərova elan olunan ittihamlar üzrə cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətlər qaldırdıq. Bu vəsatətlərdən yalnız biri, onun dəmir barmaqlıqar arasından çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi təmin olundu. Dövlət ittihamçısı ittihamı elan etdi. Rəsul Cəfərov bildirdi ki, ittiham qarışıq yazılıb və mahiyyəti ona aydın deyil. Xahiş etdi ki, ittihamın mahiyyəti izzah olunsun ki, o nədə təqsirləndirilir. Məhkəmə bu vəsatəti təmin etmədi.

İş üzrə altı zərərçəkən şəxsdən dördü məhkəmədə iştirak edirdi. Zərərçəkən şəxsdən üçü vəsatət verdi ki, bizim Rəsul Cəfərova qarşı hər hansı bir şikayətimiz yoxdur, ümumiyyətlə, bizə onun tərəfindən hər hansı maddi, mənəvi, fiziki zərər dəyməyib. Buna görə də bizim zərərçəkən şəxs statusuna xitam verilsin. Məhkəmə bu vəsatəti təmin etmədi, bildirdi ki, iş üzrə sübutlar tam araşdırıldıqdan sonra məsələyə yenidən baxıla bilər. Növbəti məhkəmə fevralın 10-na təyin olundu”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Yeganə Oqtayqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza