Modern.az

1,4 milyon insanın ölüm düşərgəsi

1,4 milyon insanın ölüm düşərgəsi

27 Yanvar 2015, 14:51


Bu gün “Auşvits-Birkenau” ölüm düşərgəsinin sovet ordusu tərəfindən azad olunmasının 70 illiyi tamam olur. İkinci Dünya Müharibəsi zamanı, 1945-ci il yanvarın 27-də sovet marşalı İvan Konevin başçılıq etdiyi 60-cı ordunun bölmələri ölüm düşərgəsini azad etmişdi. Qırmızı ordu 350 nəfər döyüşçü itirsə də, Auşvitsi azad etməyə müvəffəq olur və möcüzə nəticəsində sağ qalan 7 min 600 nəfər məhbusu azadlığa çıxarır.

BMT ölüm düşərgəsinin azad olunduğu günü “Holokost qurbanlarının anım günü” kimi tarixə salıb. “Auşvits”in azad olunmasının 70 illiyi münasibətilə 42 ölkənin rəsmi nümayəndələri Polşaya səfər edəcəklər. Onların arasında 2 kral, 12 prezident və 5 baş nazir olacaq.

Maraqlıdır ki, düşərgəni azad edilməsində əsas rolu oynayan Rusiyanı tədbirlərdə prezident Vladimir Putin yox, administrasiya rəhbəri Sergey İvanov təmsil edəcək.      

Qeyd edək ki, “Auşvits” ölüm düşərgəsi 1940-cı ildə Polşanın Krakov şəhərindən 60 kilometr qərbdə inşa olunub.

1,1 milyon yəhudi olmaqla 1940-1945-ci illərdəki mövcudluğu ərzində 1,4 milyon insanın ölümünə səbəb olan ölüm düşərgəsi İkinci Dünya Müharibəsində ən çox insanın məhv edildiyi yer kimi tanınır. Burada yəhudilərlə yanaşı, qaraçılar, homoseksuallar, fiziki və qli çatışmazlıqları olan insanlar, əsir düşən sovet əsgərləri və Hitlerə müxalif olan qüvvələr saxlanılırdı.

Ölüm düşərgəsinin 200-dək sağ qalmış məhbusu dünyanın müxtəlif ölkələrində yaşayır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza