Amur vilayətindəki Mərkəzi Bankın baş idarəsinin rəhbərinin müavini 3 əməkdaşını güllələyəndən sonra özünü də öldürüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, öldürülənlərdən 2-si qadın, biri kişidir. Ölən qadınlardan biri bankın idarə heyətinin rəis müavini, ikincisi bankın şöbə rəisi, kişi isə bankın idarəçilərindən biri olub.
Modern.az