Dağlıq Qarabağda qondarma məhkəmənin qərarı ilə 22 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Şahbaz Quliyev Xankəndi 1-ci instansiya məhkəməsinin “hökmündən” apellyasiya şikayəti verib.
Modern.az saytı Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan məlumat verib.
Məlumata görə, ömürlük azadlıqdan məhrum edilən Dilqəm Əsgərov da apelyasiya şikayəti vermək niyyətindədir.
Modern.az