Yanvarın 27-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib. Modern.az saytına məlumat verən vəkil Elton Quliyev deyib ki, prosesdə digər vəkil Adil İsmayılov vəsatət verib:
“Vəsatəət verdik ki, istintaq təzələnsin. Hakim vəsatəti təmin etmədi. Prosesdə çıxışlar oldu, çıxışların bir hissəsi növbəti məhkəməyə saxlanıldı. Proses yanvarın 29-da davam edəcək”.
Yanvarın 22-də Abşeron rayon məhkəməsində prokuror Seymur Həziyə 6 il iş istəmişdi.
Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir.
Yeganə Oqtayqızı