”İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlıları Yaponiya hökumətinə bu ölkənin vətəndaşı Kenzi Qotonun azad edilməsi üçün irəli sürdüyü tələbin icrasına 24 saat vaxt verib, əks halda onun qətlə yetiriləcəyini bəyan edib.
İŞİD-in növbəti ultimatumu barədə internetdə yerləşdirilmiş son videoyazıda K.Qotonun özü məlumat verib. Xarici KİV-lərin məlumatına görə, Yaponiya hökuməti hazırda videonun həqiqiliyini dəqiqləşdirməyə çalışır.
İŞİD yaraqlıları yapon girovun və İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəçinin əvəzində bu ölkənin türmələrində saxlanan 27 terrorçunun azad edilməsi tələbini irəli sürüb.
İŞİD bir nüçə gün öncə ələ keçirdiyi digər yapon girovu edam olunduğunu bəyan etmişdi.
Modern.az