Modern.az

ATƏT cəbhədəki gərginliklə bağlı monitorinq keçirəcək

ATƏT cəbhədəki gərginliklə bağlı monitorinq keçirəcək

28 Yanvar 2015, 10:00


ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza