Bu gün səhərdən metroda qatarlar tuneldə olarkən çox ləngiyib. Bir qatar hətta 4-5 dəfə tuneldə dayanıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında deyib ki, bu problem texniki nasazlıq səbəbindən baş verib:“Saat 08:26-da Həzi Aslanov - Dərnəgül xətti ilə hərəkət edən 38 saylı marşrutda "Nizami" və “Elmlər akademiyası” stansiyaları arasında nasazlıq yaranıb. Sərnişinlər “Nizami” stansiyasında qatardan düşürülüb. Həmin qatar 10 dəqiqə gecikib, sonra depoya göndərilib”.
N. Paşayev qeyd edib ki, interval pozulduğundan digər qatarlarda da gecikmə yaranıb, xəttə əlavə qatar buraxılıb: “Artıq interval bərpa edilib”.
Ümumiyyətlə, son zamanlar metroda problemləri tez-tez müşahidə edilir. Metropoliten rəsmisi bunu belə izah edib: “Texnikada baş verə biləcək nasazlıqdı, narahat olmağa dəyməz”.
Gülşən RAUFQIZI