Modern.az

Xalq şairi Vaqif Səmədoğlu vəfat etdi

Xalq şairi Vaqif Səmədoğlu vəfat etdi

28 Yanvar 2015, 12:06

 
Uzun müddətdir mədə xərçəngindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib. Şairin yaxınlarının Modern.az saytına verdikləri məlumata görə, Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib.
Mərhumla vida mərasiminin harda keçiriləcəyi hələ dəqiqləşməyib.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirib. 1963–1971-ci illərdə Konservatoriyda müəllim işləyib. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenariçi, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilib.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 3 övladı var.

Allah rəhmət eləsin...

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza