Modern.az

Vaqif Səmədoğlu ölümlə məzələnərək öldü - Şairin ölümə aid iki ŞEİRİ

Vaqif Səmədoğlu ölümlə məzələnərək öldü - Şairin ölümə aid iki ŞEİRİ

28 Yanvar 2015, 13:39


Bunu yazıçı-dramaturq Firuz Mustafa Xalq şairinin ölümünə münasibət bildirirəkən deyib:

“Vaqif Səmədoğlu ölümlə məzələnə-məzələnə öldü. Bu, müdrik bir insanın ölümü idi... və sanki o, öləcəyi günün dəqiq vaxtını bilirmiş. Belə olmasaydı hələ 1982-də ölümü haqda yazmazdı:

Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün...
1982

Vaqif Səmədoğlunun 2014-cü ildə ölümə yazdığı son şeiri

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
2014

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI