Yunanıstanda yeni baş nazir Aleksis Çiprasın kabineti and içərək vəzifəsinin icrasına başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni turizm naziri sağçı koalisiya ortağı Müstəqil Yunanlar Partiyasından deputat Elena Kuntura olub.
Mövcud iqtisadi çətinlikləri nəzərə alanda turizm Yunanıstanın can qurtarıcısı kimi görülür. Yunan mediasına görə, yeni hökumətin ən əhəmiyyətli gəlir qaynağı olması gözlənilən turizmin Elena Kunturaya əmanət edilməsi də bu baxımdan olduqca diqqət çəkicidir.
Atası hərbçi olan Kuntura, kiçik yaşlarından etibarən altetizm ilə məşğul olub və 11 yaşında ikən 100 metr məsafəyə qaçışda milli rekord qırıb. Gənclik illərində modellik edən Kuntura, dünyanın bir çox məşhur moda evi ilə çalışıb, makiyaj nəhəngi “Shiseido”nun siması olub. ABŞ-ın CNN televiziyası tərəfindən də “xaricdəki ən yaxşı 10 model” arasında göstərilib.
Kuntura, 2003-cü ildə Yeni Demokratiya Partiyasından millət vəkili seçilib. Ardından Yeni Demokratiya içindən çıxan Müstəqil Yunanlar Partiyasına keçib.
Modern.az