Modern.az

Avropa Məhkəməsində “erməni soyqırımı” ilə bağlı proses yekunlaşıb

Avropa Məhkəməsində “erməni soyqırımı” ilə bağlı proses yekunlaşıb

28 Yanvar 2015, 16:09


Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsində “Doğu Perinçək İsveçrəyə qarşı” adlı məkhəmə prosesinin dinləmələri yekunlşaıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Doğu Pertinçəkin işi üzrə yekun hökmün 6-8 ay ərzində veriləcəyini bildirib.

2006-cı ildə İsveçrədəki elmi konfransların birində “erməni soyqırımı”nı beynəlxalq yalan adlandıran Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçək bu sözlərinə görə 2008-ci ildə İsveçrə məhkəməsi tərəfindən mühakimə olunub.

Lakin qondarma soyqırımı tanımadığı üçün mühakimə olunan Perinçək Avropa İnsan Hüquqları Məhkəməsinə apelyasiya şikayəti verərək “sərbəst ifadə azadlığı” bəndinə əsasən bəraət qazanıb. Məsələ ilə bağlı yekun hökm bir neçə ay sonra veriləcək.

Maraqlıdır ki, “İsveçrə Doğu Perinçəkə qarşı” məhkəmə prosesində Ermənistan 3-cü tərəf kimi iştirak edib. Ölkənin baş prokuroru Qevork Kostanyan, onun müavini Emil Babayan və ədliyyə nazirinin müavini Arman Tatoyan da prosesdə iştiark ediblər.       

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza