Modern.az

Ronaldo cəzalandırıldı

Ronaldo cəzalandırıldı

28 Yanvar 2015, 20:21

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının iki oyununda komandasına kömək edə bilməyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun iki oyunluq diskvalifikasiya edilməsidir. Belə ki, K.Ronaldo ölkə çempionatının 20-ci turunda səfərdə "Kordoba" ilə görüşdə qırmızı kart almışdı.

Bununla da forvard "Real Sosyedad" və "Sevilya" matçlarında olmayacaq.

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza