Modern.az

Cəbhədəki hərbi hissələrdə mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır - FOTO

Cəbhədəki hərbi hissələrdə mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır - FOTO

28 Yanvar 2015, 21:13

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır.

Modern.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.

Onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar. Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.

Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza