Modern.az

Rus əsgəri erməni ailəsini narkotikə görə qətlə yetirib

Rus əsgəri erməni ailəsini narkotikə görə qətlə yetirib

28 Yanvar 2015, 21:51


Gümrüdə Rusiya hərbçisi Valeri Permyakovun erməni ailəsini qətlə yetirməsi motivində narkotik alveri ola bilər.

Gün.Az xəbər verir ki, Gümrüdə aparılan istintaqdan yerli əhaliyə və onlardan sosial şəbəkələrə sızan məlumata görə qətlə yetirilən Avetisyan ailəsinin başçısı narkotik alverçisi olub. 

Məlumata görə, onun əsas müştəriləri arasında Permyakovun xidmət etdiyi Gümrüdəki hərbi bazada xidmət keçənlər imiş.  Növbəti dəfə narkotik üçün Avetisyanın evinə gələn rus əsgərlər narkotiki pulsuz almaq istəyiblər ki, bu da onlarda Avetisyan arasında münaqişəyə səbəb olub.  Əsgərlər Avetisyandan pulsuz nakotik verməyəcəyi cavabını eşidəndən sonra münaqişə ilə evi tərk ediblər.  Lakin sonradan Permyakov geri qayıdaraq ailəni qətlə yetirib.  

Xatırladaq ki, hadisə yanvarın 12-də baş verib. Gümrüdə hərbi xidmət keçən Valeri Permyakov Avetisyan ailəsinin ikisi azyaşlı uşaq olmaqla yeddi üzvünü qətlə yetirib. Bu hadisə Ermənistanda geniş rezonans yaradıb və Gümrüdə Rusiya əleyhinə aksiyalar keçirilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza