Modern.az

Məşhur futbolçu FİFA prezidentliyinə namizəd olacaq

Məşhur futbolçu FİFA prezidentliyinə namizəd olacaq

28 Yanvar 2015, 22:11

Madridin “Real” klubunun və Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Fiqu FİFA prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fiqu deyib ki, Blatter favorit hesab olunsa da, bu mənim üçün əsl meydandır: “Futbol – mənim həyatımdır, məhz buna görə namizədliyimi irəli sürürəm. Futbolun sayəsində mən indiki Fiqu olmuşam. FİFA-nın imicini görürəm, bu mənim xoşuma getmir. Mən bu addımı atıram ki, FİFA-nın imicini dəyişim”.

Bu təşkilatın rəhbər postuna seçki 2015-ci il mayın 29-da keçiriləcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza