Azərbaycanda rəsmi səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Qubada olub.
Modern.az-ın məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İsmayılovun müşaiyəti ilə qonaqlar əvvəlcə Quba rayonundakı Heydər Əliyev mərkəzini ziyarət ediblər.Rayon İcra Hakimiyyətində görüş zamanı 1918-ci illdə və zaman-zaman azərbaycanlıların başına gətirilən soyqırımlar, Quba soyqırımı barədə müzakirələr aparıldı.
Akko şəhərinin meri Şimon Lankri bildirib ki, bu gün Akko şəhərində Qubadan köç etmiş 10 minə yaxın yəhudi yaşayır: “Həmin yəhudilər sovet sıxıntısından qurtarmaq üçün tarixi vətənlərinə gəliblər. Quba ilə Akko şəhərinin qardaşlaşması haqqında memorandum hazırlamaq fikrindəyik. Bu memorandumun əsas şərtlərindən biri hər il Akkoda Xocalı söyqırımının qeyd olunması bəndi olmalıdır”. Görüşün sonunda tərəflər belə qərara gəliblər ki, Quba şəhərində də hər il Holokost qurbanları yad edilsin.
Qonaqlar Quba Kütləvi məzarlığını və Soyqırım muzeyini ziyarət ediblər.
Kütləvi məzarlıq haqqında təəsüratını bölüşən Şimon Lankri deyib: “Mənə məlum oldu ki, bu kütləvi məzarlıqda azərbaycanlılarla yanaşı, həm də digər xalqların insanları da faciəli şəkildə öldürülüb. Bu əsil soyqırımıdır. Burada yəhudilər də soyqırıma məruz qalıb, deməli bu mənim də faciəmdir. Dərdinizə şərikəm. Siz bütün bunları dayanmadan dünyaya yaymalısınız ki, başınıza belə fəlakətlər gətirilib. Bu tarixin sübutudur”.
Uzaqdan gələn qonaqlar üçün Qubanın Qırımızı qəsəbəsindəki Sinaqoqda ibadət etmək də tarixi bir an olub.
Modern.az