Modern.az

Elnur Hüseynov “O səs Türkiyə” müsabiqəsində növbəti uğur qazandı - VİDEO

Elnur Hüseynov “O səs Türkiyə” müsabiqəsində növbəti uğur qazandı - VİDEO

Mədəniyyət

29 Yanvar 2015, 09:12


Türkiyənin TV8 telekanalında yayımlanan  “O səs Türkiyə” müsabiqəsinin "Çarpaz duellər" mərhələsində yarışan azərbaycanlı müğənni Elnur Hüseynov bu dəfə də uğur qazanıb.

Modern.az-ın məlumatına görə, Ebru Gündeşin komandasında olan Elnur "Habanera" opera parçasını səsləndirib.
Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə yarışan həmyerlimiz tamaşaçıların səsverməsiilə qalib olub və növbəti mərhələyə keçib.

Qeyd edək ki, yarışmada iştirak edən digər azərbaycanlı ifaçılar - Ceyhun və Varis qardaşları, İsmayıl, Aygün İsmayılova "Çarpaz duellər" mərhələsində uduzublar.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI