Ermənistanın iqtidardakı “Respbulika” Partiyasından parlament üzvü olan Seyran Saroyan Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkə ərazsindən çıxarılmasını tələb edən Gümrü sakinlərinə sərt reaksiya verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Saroyan bu tələbi irəli sürənlərin özlərinə ölkədən çıxıb getməyi təklif edib.
“Axı biz ağıllı xalqıq. Belə şeyi necə tələb edə bilərik? Rusiya bazasının ölkədən çıxarılmasını tələb edənlərin qoy özləri ölkədən çıxıb getsinlər. Biz Rusiya qoşunlarının Türkiyə ilə sərhəddimizdə yerləşməsində maraqlıyıq. Türklərdən həmişə təhlükə gözləmək lazımdır və ona görə ehtiyatlı olmalıyıq”.
Qeyd edək ki, Ermənistan ordsunun general-mayoru olan Seyran Saroyan 1991-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzdə aktiv iştirak edib bə briqada komandri olub.
Vüqar İsmayılov