Modern.az

“Siyasətlə yollarımı çoxdan ayırmışam” - Əkrəm Əylisli

“Siyasətlə yollarımı çoxdan ayırmışam” - Əkrəm Əylisli

Təhsil

29 Yanvar 2015, 13:32

“Mən siyasətlə yollarımı çoxdan ayrımışam. Demək olar ki, bu sahə ilə maraqlanmıram”. Bunu Modern.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.

Onun sözlərinə görə, siyasi arenada cərəyan edən hadisələrdən danışa bilən çox adam var: “İstər xarici siyasətdə, istərsə də daxili siyasətdə baş verən hadisələrdən özümü uzaq tuturam. Avropa Şurası Parlament Assambleyasında  kim nə danışır, ona necə reaksiya verilir, bu mövzuların mənə dəxli yoxdur. Siyasətlə məşğul olan insanlar var.  Hər bir məsələyə onların  münasibət bildirməsi daha yaxşı olar”.

Yanvarın 28-də AŞPA-nın qış sessiyası zamanı erməni deputat H.Hovanesyan  25 il əvvəl Bakıda, Sumqayıtda ermənilərin öldürülməsinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanında çox geniş təsvir olunduğunu xatırladıb.

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza