Modern.az

Pulunuzun qalığını tələb edin - “1-2 qəpikdir” deyib keçməyin!

Pulunuzun qalığını tələb edin - “1-2 qəpikdir” deyib keçməyin!

29 Yanvar 2015, 14:01

Bəzi ticarət obyektərində və ictimai nəqliyyat vasitələrində xırda pul olmaması səbəb göstərilərək pulun qalığı qaytarılmır. 1, 2 və 5 qəpikliklərin istifadə edilməməsi isə bir çox hallarda istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Belə hallarda dəyərini bilmədiyimiz qəpiklər kimin üçün isə əlavə gəlir mənbəyinə çevrilir.

Bəzi market  və mağazalarda müəyyən çəkilər üzrə qablaşdırılmış məhsullarının üzərinə 11, 17, 63 və s. yuvarlaq olmayan qiymətlərə rast gəlmək mümkündür. Pulun qalığını qaytarılmasına gəlincə isə alıcı kassada xırda pulun olmaması səbəbindən problemlə qarşılaşır. Bəzən isə bilərəkdən  ticarət obyektlərində  süni qəpik  qıtlığı yaradılır. Alıcılar, “xırda yoxdur” deyən satıcı qonşu mağazalarda və ya kassalarda qəpik axtaran kassiri gözləməli olurlar. Əksər hallarda bir neçə qəpiyə görə gözləməyən alıcılar vaxt itirməməyi daha üstün tuturlar. Bu isə alınmış mal üçün həm də qiymətindən artıq ödəniş deməkdir. Satıcılar pulun qalığı əvəzinə hansısa mallar, məsələn, kibrit, saqqız və s. təklif etməkdən də çəkinmirlər.

Bütün bunlar isə sadə dillə desək, qanun pozuntusudur. Ticarət qaydalarına görə, obyekt sahibləri hər gün kassaya nəzarət etməli, qalıq qaytarmağa xırda pulların olub-olmadığını yoxlayaraq, kassanı xırda qəpiklərlə təmin etməlidir.

Hörmətli istehlakçı! “1-2 qəpikdir” deyib keçmə! Nəzərə al ki, 100 qəpik 1 manatdır.

Rahilə Mehdiyeva
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza