Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko Rusiyadan Şərqi Ukraynaya 7 ədəd hərəkət edən krematori (cəsəd yandıran) gətirildiyini bildirib. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmin krematorilərdə rusiyameylli separatçılar həlak olan rus hərbçiləri-öz əsgərlərini yandırırlar:
“Donetsk vilayətinə 7 ədəd hərəkət edən krematori gətirilib. Onların hətta öz nörməsi var – gündə ən azı 8-10 nəfər yandırılmalıdır”.
Təhlükəsizlik Xidmətinin rəhbəri hər gün Ukrayna ərazisindəki hərbi əməliyyatlara cəlb olunan və bu zaman itkin düşən qohumlarını axtaran onlarla Rusiya vətəndaşının qurumun “qaynar xətti”nə müraciət etdiyini də bildirib:
“Baxmayaraq ki, onlar əllərində silah Ukrayna vətəndaşlarına qarşı cinayətlər törədiblər, biz özümüzü humanist aparırıq və şəxsiyyətini müəyyən edə bildiyimiz cəsədləri qohumlarına qaytarırq” .
Xatırladaq ki, Ukrayna rəhbərliyi ölkənin cənub-şərqində baş qaldıran separatçılığa Rusiyanın əsaslı dəstək verdiyini və öz qoşunlarını yeritdiyini bildirib. Buna görə, Ali Rada ötən gün Rusiyanı işğlaçı ölkə kimi tanıyıb.
Modern.az