Belarus Avrasiya İqtisadi İttifaqından çıxmaq hüququnu özündə saxlayır. Modern.az saytının məlumatına görə Belarus prezidenti Aleksandr Lukaşenko xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında belə açıqlama ilə çıxış edib.
O bildirib ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində əldə edilmiş razılıqlara riayət edilməsə, Belarus bu təşkilatın sıralarını tərk edəcək. “Yox, əgər razılıqlara əməl olunsa, biz bunu müqəddəs hesab edərək icra edəcəyik”,-deyə Lukaşenko söyləyib.Belarus lideri qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının yaradılması prosesi elə də asan olmayacaq. Lukaşenko onu da bildirib ki, Belarus Avrasiya Birliyi çərçivəsində hər vasitə ilə inteqrasiyanın dərinləşməsinə kömək edəcək.
Lukaşenko deyib ki, 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayan Avrasiya İttifaqına hazırda Belarus sədrlik edir.
Aqşin Kərimov