Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə məşhur prodüser Tolik arasında olan qalmaqal yaranıb.
Modern.az saytı xəbər verir ki, Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında Toliki hədələyib:
“Məcburam ki, Tolik kimilərinin qulağını kəsim, vəssalam. Onun kimi mənəviyyatsız, Azərbyacan xalqının milli mentalitetinə yaraşmayan küçə uşaqlarını üzə çıxartmaq olmaz. Belələrini görəndə az qala başımı götürüb Azərbaycandan gedim, belə bir cəmiyyətdə yaşadığımı üçün özümə nifrət edirəm. Üzümü tuturam televiziya rəhbərlərinə. Axı sizin də ailəniz, övladlarınız televiziyaya baxır, onları efirə buraxmaq olmaz. Artistlərə də biliririəm ki, onu prodüser kimi yanlarında gəzdiməsinlər”.
Partiya sədri Tolikin “..sənin kimi kişilər mənim zövqümdə deyil” sözünə də münasibət bildirib:
“Əlbəttə ki, onun zövqündə ola bilmərəm. Onun zövqündə olanlar Tolikin qaş-göz etməsinə gülümsəyən kişilərdir. Biz elələrindən ola bilmərik axı, biz millətinmizin adət-ənənəsini qoruyan kişilərik”.
Hafiz Hacıyev onu da qeyd etdi ki, prodüser Tolikin əxlaqsızlığıa aid əlində xeyli şəkillər var:
“Əgər özünü düzəltməsə mən o şəkilləri sayta verəcəm. O, hər gün “Azadlıq” metrosunun yaxınlığında yerləşən parkdakı çayxanaya gəlir. Orda oturub kişilərə göz-qaş edir, min hoqqadan çıxır. Bizim partiyanın da bir filialı “Azadlıq” metrosunun yaxınlığındadır. Buna görə Tolikin orda etdiyi mənəviyyatız hərəkərləini tez-tez görürük, əməkdaşlarımız onun xeyli əxlaqsız şəkillərini çəkib.
Bu xəstəliyi Azərbaycana gətirənlərə nəhlət olsun. İndi Avropa belə şeylərə adi baxa bilər, biz axı Avropada yaşamırıq”.
Prodüser Tolik isə Lent.az-a açıqlamasında ona ünvanlanan ittihamlara cavab verib: “Sən mənim qulağımı kəsəcəksənsə, telefon nömrəmi bilirsən, zəng et, görüş üçün məkan təyin elə. Mən də gəlim həmin məkana. Əgər gəlməsən, qulağımı kəsməsən, sən kişi deyilsən. Mən gəlməsəm, mən kişi deyiləm. Gələcəm. Nömrəmi istənilən müğənnidən, müxbirdən öyrənə bilərsən. Demirsən ki, hər gecə məni "Azadlıq metrosu" tərəfdə məni görürsən? Elə orada da məni tut, qulağımı kəs. Mən heç "Azadlıq metrosu" tərəfə getmirəm. Yalandan özündən söz çıxartmasın. Mənim biabırçı şəklim yoxdur. Varsa, göstərsin. Bir daha ona cavab verməyəcəm”.
Xatırladaq ki, “Xəzər” televiziyasında canlı yayımda Sevil - Sevinc bacılarının milli valyutamız olan manatı cırması Hafiz Hacıyevlə prodüser Tolik arasında söz davası yaradıb. Qalmaqal Tolikin partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxması ilə başlayıb.
Modern.az